1 mart 2012 15:37
Ağasəlim Mircavadov: Söz tapa bilmirəm
Ağasəlim Mircavadov futbol üzrə Azərbaycan yığmasının Fələstinlə yoxlama matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, komandamızın 0:2 hesablı yenilgisini belə şərh edib:
“0:2 hesabıyla uduzmağın özü onsuz da ağır yenilgidi. Amma heç futbolu da olmayan Fələstinə uduzmaq ikiqat zərbədi. Özü də bizim yığma əsas heyətlə oynayıb. Bu məğlubiyyəti şərh etmək də olmur. Mən bu matçla bağlı deməyə söz tapa bilmirəm. Düzdü, oyuna baxmamışam. Amma nəticə elə hər şeyi deyir. Berti Foqtsun bu toplanışda, bu komandalarla oyunlarda məqsədi nə idi? Mən bilmirəm, futbolçuları bu məğlubiyyəti necə həzm edirlər”.