1 mart 2012 16:04
Neftçinin braziliyalı futbolçusu sıraya döndü
"Neftçi"nin braziliyalı futbolçusu Alessandro Viana da Silva artıq komandanın düşərgəsindədi. Azerisport.az xəbər verir ki, vətənində müalicə olunmuş fubolçu hazırki durumu barədə klubun rəsmi saytına danışıb:
"Zədələndikdən sonra Braziliyaya yollanmışdım. Müalicəmi başa vurub qayıtdım. Bir neçə günə məşqlərə başlayacam. Hazırda özümü çox yaxşı hiss edirəm. Tezliklə meydana çıxıb komandama kömək etmək istəyirəm".
