1 mart 2012 17:23
“Bakıya keçidimdə bu, önəmli rol oynadı”
“Bakı”nın serbiyalı müdafiəçisi Duje Bakoviç Premyer Liqanın 22-ci turunun "İnter"lə qarşılaşmasəı öncəsi klubun rəsmi internet saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Bakı"ya gələndə Azərbaycan çempionatı barədə heç bir məlumatım yox idi. Yalnız onu bilirdim ki burada Aleksandar Soliç və Marko Şarliya oynayırlar.
Azərbaycanla maraqlandıqda, “Bakı”nın iddialı klub olması və çempionluq üçün oynamasını öyrəndim. Bu amil "Bakı" klubuna keçidimdə önəmli rol oynadı.
Artıq Azərbaycanda iki oyun keçirmişəm. İlk oyunumda "Qarabağ"a böyük hesablı məğlub olduq. Oyunumdan heç razı qalmadım, fikirləşirəm ki, bu belə olmamalı idi.
İkinci oyunum isə uğurlu alındı .“Simurq”la qarşılaşmada həm nəticədən, həm də oyundan razı qaldım . Zənnimcə, ədalətli qələbə qazanmışıq. Onu da qeyd edim ki, "Bakı"nın meydan sahiblərindən güclü olduğu hiss olunurdu.
Çempionatda ilk qolumu vurduğum üçün sevindim. "Bakı"nın qələbələri üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Növbəti turda “İnter”i qəbul edirik. Rəqiblərin oyununu görməmişəm, ancaq onu bilirəm ki, cox güclü komandadır. Bizi bu oyunda yalnız qələbə maraqlandırır. Calışacağıq ki, “İnter”lə oyunda qələbə qazanıb, xal ehtiyatımızı artıraq”.
