1 mart 2012 18:26
Yığmamız üçün seleksiya xarakterli toplanış
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış martın 5-dən 9-a qədər Bakı şəhərində baş tutacaq. Toplanışda iştirak edəcək futbolçuların siyahısı barədə əlavə məlumat veriləcək.
