1 mart 2012 18:53
Neftçi Rodriqinyonu yola saldı
"Neftçi"nin futbolçusu Rodriqinyo vətəninə yollanıb. Azerisport.az xəbər verir ki, hazırda bərpa prosesini keçən futbolçu tezliklə komandanın sıralarına qayıtmağı düşünür:
"Neftçi"nin düşəgəsində olduğum müddətdə həkim nəzarəti altında fərdi hazırlıq keçdim. Braziliyada isə məni əməliyyat edən həkim bir daha müayinə edəcək. Sonra yenidən Bakıya qayıdacam. Meydana çıxmaq istəyirəmsə yüz faiz hazır olmalıyam" - deyə Rodriqinyo bildirib.
