1 mart 2012 20:17
Sumqayıt XL ilə oyuna doğma meydanda hazırlaşır (FOTOREPORTAJ)
Premyer Liqanın 22-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında “Xəzər Lənkəran”ı qəbul edəcək “Sumqayıt” Futbol Klubu hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Azerisport.az xəbər verir ki, bir müddət əvvəl zədələnən Yasin Abbasov, Timur İsrafilov və Ramil Həşimzadə artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Son məşqdə zədələnən Slavik Alxasov isə bugünki hazırlıq prosesində iştirak etməyib.
Qeyd edək ki, A milliyə çağırılan 3 futbolçu – Andrey Popoviç, Bədavi Hüseynov və Hacı Əhmədov sabahdan etibarən məşqlərə qoşulacaq.
