1 mart 2012 11:28
Rəşad Sadiqov: Mən buna biabırçılıq deməzdim
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov Fələstinlə yoxlama matçından (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Sizi meydandan niyə qovdular?
- Mən hakimin qərarları ilə razı deyildim. O, ümumiyyətlə bizim oyunçularla münasibətdə çox aqressivlik göstərirdi.

- Qırmızı vərəqə aldığınıza görə üzülmürsüz?
- Xeyr, o, bizim əleyhimizə cərimə zərbəsi təyin etdi. Mən də hesab edirdim ki, o, düz qərar qəbul etməyib. Ona bunu söylədim. Hakimsə məni meydandan çıxarmağı qərara aldı.

- Əgər Fələstin yığması Azərbaycan çempionatında çıxış etsəydi, sizcə neçənci yer uğrunda mübarizə apara bilərdi?
- Düşünürəm ki, ikinci altılıqda yer alardı.

- İlk altılığa düşə bilməzdilər?
- Xeyr.
- Xeyr.
- Hesab etmirsiz ki, hakimin bütün səhvlərinə baxmayaraq, komandamız Fələstini yenməyə borclu idi?
- Əlbəttə, biz onları məğlub etməyə borclu idik. Sinqapur və Hindistanla müqayisədə onlar bir qədər yaxşı təsir bağışlayırdılar. Amma mən deməzdim ki, biz onları məğlub edə bilməzdik.

- Komandamızın oyununu necə dəyərləndirərdiz?
- Qola qədər komandamız yatmışdı. Altı gün ərzində üç oyun keçirmək bizim üçün çətin idi. Əgər qrafik bir qədər münasib olsaydı, bunları da məğlud edərdik.

- Fələstinin FİFA reytinqində 162-ci yerdə getdiyini nəzərə alsaq, bu nəticəni biabırçı hesab etmək olar?
- Mən deməzdim ki, bu, biabırçı nəticədi. Ona qalsa, biz az qala 100 pillə öndə gedən Türkiyəni məğlub etmişik. O vaxt heç kim Türkiyə biabırçılığındna danışmırdı. Bizə sadəcə diqqətli oynamaq lazımdı.