1 mart 2012 11:42
Dario Şimiç sabah Bakıda mətbuat konfransı keçirəcək
Xəbər verdiyimiz kimi, bu il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda təşkil olunacaq FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə dünya futbolunun tanınmış simalarından biri, xorvatiyalı veteran futbolçu Dario Şimiç martın 2-də Bakıya gələcək. Azerisport.az xəbər verir ki, martın 2-də, saat 13:30-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Dario Şimiçin mətbuat konfransı keçiriləcək.
