1 mart 2012 11:53
Millimizin rəqibi qələbə qazana bilmədi
Futbol üzrə Azərbaycan yığmasının daha bir rəqibi ötən gün yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Belarus millisi Moldova ilə üz-üzə gəlib.
Tərəflərin səylərinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb. Beləcə, belaruslular ilə heç-heçə ilə (0:0) start verməli olublar.
Qeyd edək ki, Belarus Azərbaycan millisiylə də yoxlama matçı keçirəcək. Həmin oyun iyunun 5-də Minskdə baş tutacaq.
