1 mart 2012 12:14
Qurban Qurbanov döndü, Qarabağ Şəfada çalışdı
“Qarabağ” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, martın 3-də AZAL-ı qəbul edəcək komand günü tək məşqlə keçirib.
Milli futbolçularsız hazırlaşan Ağdam klubunun məşqi “Şəfa” stadionunda keçib. Futbolçular komandanın baş məşqçisi Qurban Qurbanovun nəzarəti altında çalışıb. Çalışıdıcı dünən Dubayda Azərbaycan - Fələstin matçını izlədikdən dərhal sonra paytaxta qayıdıb və bu gün komandanın başında olub.
