1 mart 2012 00:01
İnterin yunan fanatı: Bu klubun rəngləri Yunanıstan bayrağına uyğundu
Azerisport.az sizi “İnter”in Bakıya səfər edən yunan azarkeşi azarkeşi Zoe Doukanın müsahibəsi ilə tanış edir.
- “İnter” haqqında məlumatı necə öyrəndiniz və nəyə görə məhz bu kluba azarkeşlik etməyə başladınız?
- Doğrusu, “İnter” haqqında məlumatları internet vasitəsilə öyrəndim. Mənə maraqlı gəldi və bu komanda haqqında daha yaxından maraqlanmağa başladım. Etiraf edim ki, məni “İnter”in “ağ-göy” rəngləri cəlb etdi, onlar Yunanıstan bayrağının rənglərinə uyğundu.
- “İnter”in oyunlarını izləyə bilirsiniz?
- “Bəli, internetin köməyilə, məhz klubunuzun rəsmi saytı vasitəsilə “İnter”in oyunlarını izləməyə çalışıram. Bilirəm ki, “İnter” turnir cədvəlində hələlik 2-ci yerdədi və kubok uğrunda mübarizə aparır. Bundan başqa, mənə məlumdu ki, artıq bu günlərdə “İnter”i “Bakı” komandasıyla vacib qarşılaşma gözləyir. Ümid edirəm ki, “İnter” bu matçdan qalib ayrılacaq, fikrimcə, komanda 1:0 hesabıyla qalib gələcək.
- Bakı şəhəri Sizdə hansı təəssüratları oyatdı?
- Sizin çox gözəl şəhəriniz var və mənim çox xoşuma gəldi. Çox şadam ki, Bakıda olmaq mənə müyəssər oldu.
- Komandaya nə arzu edərdiniz?
- “İnter”ə uğurlar arzulayıram, ümid edirəm ki, komanda mövsümü 1-ci yerdə başa vuracaq. Mən buna azarkeşlik edəcəyəm. (klubun saytı)
