1 mart 2012 00:18
Millimizin Fələstinlə matçının nəticəsi ləğv oluna bilər
Futbol üzrə Azərbaycan və Fələstin yığmaları arasındakı oyunun nəticəsi ləğv oluna bilər. Azerisport.az xəbər verir ki, buna səbəb kimi sözügedən görüşün təşkilatçılarının matçdan bir gün öncə hakimlərlə bağlı dəyişiklik etməsi göstərilir.
Məsələ burasındadı ki, əslində bu görüşü başqa hakimlər idarə etməliymiş. Lakin bir gün öncə təşkilatçılar dəyişiklik edərək, Azərbaycan – Fələstin oyununu məhz Mohammed Alzaruma tapşırıblar. Bu referi isə bütün oyun boyu demək olar ki, birtərəfli hakimliklə məşğul oldu və nəticədə komandamızın 0:2 hesabıyla uduzduğu görüşə damğasını vurdu.
Qeyd edək ki, sözügedən hakim bir sıra şübhəli qərarları ilə yanaşı ilk yarının sonlarında Rəşad Sadiqovu meydandan qovmaqla komandamızı azlıqda qoymuşdu.
