1 mart 2012 00:27
Bakının baş məşqçisi Türkiyədə məyus oldu
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov yoldaşlıq oyununda qələbə qazana bilməyib. Azerisport.az xəbər verir ki, Starkovun çalışdırdığı Latviya yığması Qazaxıstanla qarşılaşıb.
Antalyadakı “Atatürk” stadionunda keçirilən oyun 0:0 hesabı ilə yekunlaşıb. Starkov “Bakı”dakı yetirməsi Denis İvanova start heyətində şans verib. O, matçı əvəzedilmədən keçirib. “Qəbələ”nin qapıçısı Pavel Doroşev və “Simurq”un yarımmüdafiəçisi Andrey Rubin isə ehtiyatda qalıb.
