1 mart 2012 12:54
Rendal Brenes oynamadı, Kosta Rika uduzdu
Futbol üzrə Kosta Rika yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda səfərdə Uelslə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Belə ki, Kosta Rika millisi bu oyunda 0:1 hesablı məğlubiyyətə üzülüb.
Sözügedən oyuna dəvət olunan “Xəzər Lənkəran”ın hücumçusu Rendal Brenes oyunda iştirak etməyib. O, oyunu ehtiyat oyunçular skamyasından izləyib. Qeyd edək ki, Kosta Rika yığmasının Premyer Liqamızda çıxış edən digər oyunçusu – Uinston Parks (Bakı) millinin bu toplanışına dəvət almamışdı.
