1 mart 2012 00:48
Azərbaycanın rəqibi 10 cavabsız qola sevindi
Asiya zonasında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, ötən gün 5 qrupda 10 oyun baş tutub.
Bahodir Nasimovun çıxış etdiyi Özbəkistan millisi Yaponiyanın qonağı olub. “Neftçi”nin hücumçusu 90 dəqiqə meydanda olub və komandası 1:0 hesablı qələbə qazanıb.
Fevralın 24-də millimizlə Dubayda qarşılaşan və 2:2 hesablı bərabərliyə imza atan Sinqapur yığması darmadağına üzülüb. İraq yığması millimizin qalib gələ bilmədiyi komandanı 7:1 hesabı ilə udub.
Yığmamızın gələcək rəqibi isə darmadağına sevinib. Belə ki, avqtustun 15-də Bakıda komandamızın qonağı olacaq Bəhreyn İndoneziyaya divan tutub – 10:0.
Qonşu İran millisi qələbəni qoruya bilməyib. Qətəri qəbul edən qonşularımız 86-cı dəqiqədə buraxdıqları qolla meydanı 1 xalla tərk etməli olublar.
DÇ-2014
Seçmə mərhələ
Asiya zonası
29 fevral
1-ci qrup
Çin – İordaniya - 3:1
İraq – Sinqapur - 7:1
2-ci qrup
BƏƏ – Livan - 4:2
Cənubi Koreya – Küveyt - 2:0
3-cü qrup
Tacikistan – Şimali Koreya - 1:1
Yaponiya – Özbəkistan - 0:1
4-cü qrup
Oman – Tailand - 2:0
Avstraliya – Səudiyyə Ərəbisitan - 4:2
5-ci qrup
Bəhreyn – İndoneziya - 10:0
İran – Qətər - 2:2
