2 mart 2012 02:09
3 milyard dollarlıq transfer
FİFA ötən il üçün dünya transfer bazarının hesabatını açıqlayıb. Azerisport.az xəbər verir ki, ali futbol qurumu ötən il dünya klublarının transferlərə 3 milyard dollar xərclədiyini hesablayıb.
FİFA-nın hesablamalarına görə, menecerlərə 3 milyard dollardan 120 milyon çatıb. Bu isə hər transferə orta hesabla 240 min dollar deməkdi.
Futbolçuların orta illik gəliri də müəyyənləşib. Məlum olub ki, dünya üzrə orta illik gəlir 244 min dollardı. Avropada isə bu rəqəm daha yüksəkdi – orta hesabla 675 min dollar.
