2 mart 2012 15:13
“Belə məğlubiyyət bir daha təkrarlamamalıdı”
“Bakı”nın aparıcı üzvlərindən sayılan Aleksandar Soliç Premyer Liqanın 22-ci turunun "İnter"lə oyunu öncəsi fikirlərini klubun rəsmi internet saytının oxucuları ilə bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Bu oyunda bizə yalnız qələbə lazımdı. Bunu anlayırıq və meydana 3 xal üçün çıxacayıq. Ötən ev oyunumuzda aldığımız böyükhesablı məğlubiyyət bir daha təkrarlamamalıdı. Bu oyunda hamımız meydanda bir adam kimi sonadək mübarizə aparmalıyıq. Rəqib güclüdür, qələbə naminə əlimizdən gələni etməliyik. Dediklərimi meydanda həyata keçirsək, qələbə qazanmaq çətin olmayacaq".
