2 mart 2012 15:37
Bakılı oğlanlar Bakının bazasında (FOTO)
"Bakı" futbol klubu "Bakılı oğlanlar"ın ("Parni iz Baku" KVN teatrı) hədəfinə düşüb. Azerisport.az xəbər verir ki, daima incə yumor və sarsıdıcı satiraları ilə seçilən və sevilən "Bakılı oğlanlar" nöbvəti verilişlərinin məkanı kimi "Bakı" futbol klubu və onun futbol akademiyasını seçiblər.
Geniş təqdimata ehtiyacı olmayan "Bakılı oğlanlar"ın "Planet Parni iz Baku" adlı populyar verilişinə baxmayan qalmayıb. Məlumat üçün bildirək ki, "Planet Parni iz Baku"nun növbəti 3 buraxılışı "Bakı" futbol klubunun dəstəyi və sponsorluğu ilə çəkilib.
Hamının sevimliləri Tahir və Cabir İmanov qardaşlarının "Bakı" futbol klubunun təlim-məşq bazasından hazırladığı ilk verilişə bu gün (2 fevral 2012) saat 21:15-də "Space" kanalında baxa bilərsiniz.
