2 mart 2012 16:01
Yığmamızın forvardı Granadaya keçir
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarovun karyerasını harda davam etdirəcəyi müəyyənləşib. Azerisport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü “Granada”ya keçir.
Lakin futbolçumuz bir müddət bu klubun ikinci komandasında çıxış edəcək. Qeyd edək ki, “Granada”nın əsas komandası La Liqada çıxış edir. “Granada B” isə dördüncü divizionda mübarizə aparır. Hansı ki, Umarovun yenicə yollarını ayırdığı “Deportivo Kastelyon” da məhz bu birincilikdə çıxış edir.
