2 mart 2012 17:14

“Yığma motivasiyasız olduğu üçün uduzdu”

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov futbol üzrə Azərbaycan yığmasının Dubay toplanışından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Hər bir baş məşqçinin öz strategiyası var və o yolla da addımlamağa çalışır. Bizdə də Berti Foqts məhz öz strategiyası ilə gedir. O, yeni futbolçular çağırmağa, əsas komandada sınaqdan keçirməyə çalışır. Bu da normal bir şeydi. Yoxlama oyunlarındakı rəqiblərimizə gəlincə, hamı onların zəif olduğunu deyir. Amma bu, elə deyil. Zəif rəqib yoxdu. Sadəcə, zəif oyun ola bilər. İstənilən oyun üçün güclü motivasiya varsa, rəqibin kimliyinin o qədər də önəmi yoxdu. Bizim futbolçularda Fələstinlə oyunda həmin motivasiya olmayıb. Çünki hələ bu rəqiblərlə qarşılaşacağımız açıqlanan gündən etibarən hamı onların zəif olduğunu deyirdi. Amma nəticələrə baxdıqda, hamının necə yanıldığı göz önündədi. Yalnız Hindistanı 3:0 yenə bildiyimiz halda, Sinqapurla 2:2 hesablı heç-heçəyə razılaşdıq, Fələstinə də uduzduq - 0:2.
 
Lakin biz bir şeyi də başa düşməliyik ki, bu, sadəcə yoxlama oyunlarıdı. Adından da göründüyü kimi, burda əsas məqsəd futbolçuları, yeni taktiki gedişləri yoxlamaqdan ibarətdi. Toplanışa dəvət alan bütün futbolçular oynamaq şansı qazandılar. Əlbəttə, nəticə baxımından hər şey bizim istədiyimiz kimi deyil. Amma bütövlükdə toplanışı nəzərə alsaq, burda baş məşqçinin öz istəkləri vardı. Hər halda o, öz istəklərinə nə dərəcədə çatdı, bunu bircə özü bilir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.