2 mart 2012 17:42
Bir oyunun keçirilmə yeri dəyişdirildi
Futbol üzrə Azərbaycan birinci divizionunda 19-cu turun bir oyununun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, MOİK - "Energetik" oyunu "Şəfa" stadionunun 4-cü meydançasında keçirəcək. Qeyd edək ki, bu qarşılaşmanın öncədən Bakıdakı "Ədliyyə" stadionunda oynanılması nəzərdə tutulmuşdu.
Dəyişikliyin səbəbi barədə heç bir məlumat verilmir.
Birinci divizion
19-cu tur
3 mart (şənbə)
MOİK – Energetik
Hakimlər: Orxan Məmmədov, Aleksandr Musatkin, Ülviyyə Mustafayeva, Mariya Qasımova.
Hakim-inspektor: İrina İsgəndərova.
Bakı. "Şəfa" stadionu, IV meydança. Saat 14:00.
