2 mart 2012 18:03
Elvin Məmmədov: İnter bizimlə oyunun favoritidi
“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Premyer Liqanın 22-ci turunun “İnter”lə paytaxt derbisi öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Kiçik fasilədən sonra sabah yenidən Premyer Liqa oyunları bərpa olunacaq. “İnter”lə oyun öncəsi nə düşündüyünüzü bilmək istərdik...
- Təəssüf ki, biz çoxlu xal itirmişik. Məğlubiyyətlərə son qoymaq vaxtıdı. Güclü heyətimizin olmasına baxmayaraq, oyun planında problemlərimiz var. “İnter”lə oyun bizim üçün yaxşı fürsətdi. “Bankirlər”i məğlub etməklə özümüzə gələ bilərik. Bu, komandadakı özünə inamı da artırar. Bilirəm ki, “İnter” kimi komandanı məğlub etmək asan olmayacaq. Amma “Bakı” qələbə qazanacaq gücdədi.
- “İnter” “Bakı”dan fərqli olaraq, sabit oyun sərgiləyir...
- Biz ümumiyyətlə özümüzə oxşamırıq. “İnter” isə avqustdan bəri çempionatda məğlubiyyət tanımır. Kaxaber Tsxadadzenin komandası çox yaxşı təsir bağışlayır. Onlara qarşı oynamaq çətin olsa da, mümkündü. Əgər öz oyunumuzu diqtə edə bilsək, oyun bizim olacaq. Özü də qarşılaşma doğma meydanda keçiriləcək. “Bakı” “İnter”i məğlub etməyə borcludu. Bu yolla çempionluq mübarizəmizi davam etdirdiyimizi göstərə bilərik.
- Bu komandalar arasında ilk dövrədəki qarşılaşma başa çatmamışdı və böyük qalmaqala səbəb olmuşdu...
- Onda “İnter” meydanı tərk etdi və hakimin qərarına etiraz etdikləri üçün oyunu başa çatdıra bilmədik. Nəticədə onlara texniki məğlubiyyət verildi. Amma bu dəfə belə bir şey təkrarlanmamalıdı Biz rəqibi oyunumuzla üstələmək istəyirik. Hər iki komanda oyunun əhəmiyyətini başa düşür. Bu oyunda heç bir münaqişə olmamalıdı. Azarkeşlər baxımlı futbol izləmək istəyirlər. Biz də gözəl oyun sərgiləmək, qollar vurmaq, layiqli qələbə qazanmaq istəyirik.
- Sizcə, “Bakı”nın hücum xəttindəki problemlər buna imkan verəcək?
- Bizim təcrübəli hücumçularımız var. İndi bizi nə qədər qol vurmağımız o qədər də narahat etmir. Əsas qələbədi. 3 xalı qazandıqdan sonra hesabın önəmi qalmır. Qoy o qədər də baxımlı və maraqlı oyun göstərməyək, amma qələbə qazanaq. Nəticə çox şeyi həll edir.

- Çoxları bu paytaxt derbisinin favoritinin “İnter” olduğunu deyir...
- Mən də bununla razıyam. Hər halda “İnter” turnir cədvəlində ikincidi, biz isə beşincid. Ona görə də favorit onlardı, qələbə şansı rəqibdə daha çoxdu. Amma “Bakı” ilk dəfə deyil belə vəziyyətlə üzləşir. Biz həmişə çempionatın axırlarını daha yaxşı keçiririk. Qoy “İnter”i favorit adlandırsınlar. “Bakı” onları dayandırar.
- Komandanızın medal qazanmaq şanslarını necə qiymətləndirirsiz?
- Əsas mübarizə altılıq mərhələsindən başlayacaq. Çempionatın ikinci mərhələsində biz tam fərqli olacağıq. Yanvarda “Bakı” bir neçə yeni futbolçuyla gücləndi. Bizdə təcrübəli legionerlər var. Onların ümidləri doğruldacağına inanırıq. Liderlər yenə xal itirəcəklər. Çempionluq üçün altı komanda mübarizə aparacaq. Biz də həmçinin.

- Azərbaycan yığması Dubay toplanışını başa vurdu. Millinin Fələstinə 0:2 hesablı yenilgisi ilə bağlı nə deyərdiniz?
- Hamı təəccübləndi. Bilirəm ki, futbolçular bu toplanışda daha yaxşı çıxış etmək istəyirdilər. Hamısı toplanışı major notlarla bitirmək əzmindəydi. Amma bəxt gətirmədi. Yığmamızın uduzmasına çox təəssüflənirəm. Biz Fələstinə uduzmalı deyildik. Uşaqlar çalışdılar, amma azlıqda oynamaq həmişə çətin olur. Futbolda hərdən belə də olur. Əsas odu ki, vaxtında özümüzə gələk və qarşıdakı rəsmi oyunlarda daha yaxşı çıxış edək.