2 mart 2012 18:30
XL uduzdu, Neftçi qazandı, İnter Bakını darmadağın etdi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 22-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçirilib.
Lider "Neftçi" səfərdə "Turan"ı 2 cavabsız qolla yenib. "İnter" səfərdə "Bakı"nı darmadağın edib. "Sumqayıt" "Xəzər Lənkəran"ı məğlub yola salıb.
"Qarabağ" AZAL-la qolsuz heç-heçəyə razılaşıb. "Kəpəz" "Simurq" üzərində minimal hesablı qələbəyə sevinib. "Rəvan" isə "Qəbələ"yə 4 cavabsız qolla uduzub.
Əvəzedicilərin çempionatı
22-ci tur
2 mart
Bakı – İnter - 0:3
Qollar: Samir Hüseynli, 65, Əbülfəz Hüseynli, 80, Ramil Mansurov, 88.
Sumqayıt - Xəzər Lənkəran - 1:0
Qol: Ruslan Nəsirli, 79.
Rəvan - Qəbələ - 0:4
Qollar: Sadiq Quliyev, 22, Amil Yunanov, 39, Abdulkader Kamara, 78, Rey Məmmədbəyli, 86,
Kəpəz – Simurq - 1:0
Qol: Ravil Müslümov, 77.
Qarabağ – AZAL - 0:0
Turan – Neftçi - 0:2
Qollar: Kərim Diniyev, 35, Kərəm Manafov, 53.
N
O
Q
H
M
T-F
X
