2 mart 2012 18:51
“Qarabağ Azərbaycanın Avropada ən uğurlu komandasıdı”
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözel daim komandasının yanındadı. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə əsas komandanı Xocalı soyqırımı ildönümü ərəfəsində ziyarət edən başqan bu dəfə yeniyetmələrin yanında olub.
Bu gün Tahir bəy yeniyetmələrə dəstək vermək üçün əvəzedicilərin çempionatında baş tutan “Qarabağ” - AZAL oyununu izləyib. Matç sonrası Tahir bəy futbolçularla görüşüb. Yeniyetmələrə şərəfini qoruduqları klubun fərqliliyini anladan Tahir bəy “Qarabağ”ın gələcəyinin onlar olduğunu vurğulayıb. “Qafqaz Barcelona”sının yeniyetmələrinin o ruhu daşımalarının vacibliyini bildirib. Əzmkarlıq, forma şərəfi, Qarabağ üçün mücadilə etməli olduğunu ifadə edib:
“Qarabağ” Azərbaycanın Avropada ən uğurlu komandasıdı. Sizlər də bir neçə il sonra bu başarıları yaşamalısınız. Bəlkə də “Visla”, “Rusenborq” kimi komandaları yenmək sizin öhdənizə düşəcək”.
Tahir bəy futbolçulara uğur arzulayaraq, tez-tez onlarla maraqlanacağını və oyunları izləyəcəyini bildirib.
