2 mart 2012 19:15
“Heç-heçə də bizim üçün qənaətbəxş nəticə olacaq”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi”yə qarşı oynamaq çox çətindi. Onlar indi çox yaxşı formadadılar. Heyətimizdə itkilər olmasına rəğmən, bacardığımız qədər yaxşı oyun göstərməyə çalışacağıq. Heç-heçə də bizim üçün qənaətbəxş nəticə olacaq”.
