2 mart 2012 19:29
Dario Şimiç 201 saylı orta məktəbdə (FOTOLAR)
Xəbər verdiyimiz kimi, dünya futbolunun tanınmış simalarından Dario Şimiçin 2012-ci ildə Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə ölkəmizə səfəri başlayıb. Azerisport.az xəbər verir ki, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən dünya çempionatının dostu seçilən veteran futbolçu bu gün Bakı şəhərindəki 201 saylı orta məktəbdə olub, məktəbin şagirdlərinə futbolla bağlı xatirlərini danışıb.
Foto: AFFA
