2 mart 2012 19:38
“Azərbaycan yığmasına bacardığımız qədər müqavimət göstərdik”
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra Gürcüstan yığmasının baş məşqçisi Geronti Naçxediya 0:5 hesablı yenilgi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bacardığımız qədər müqavimət göstərdik. Çünki komandamız yeni təşkil olunub və futbolçular arasında anlaşma istənilən səviyyədə deyil. Ümid edirəm ki, zaman keçdikcə bu problemi aradan qaldıra biləcəyik”.