2 mart 2012 19:45
“Çəkdiyimiz zəhmətin qarşılığını bu gün gördük”
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Sissi Rayt qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 5:0 hesablı qələbəsini belə dəyərləndirib:
“Uzun müddətdi ki, təlim-məşq toplanışlarında səylə çalışırıq və çəkdiyimiz zəhmətin qarşılığını bu gün oyunda gördük. Birinci hissədə komandamızın oyunundan daha çox razı qaldım”.
“Uzun müddətdi ki, təlim-məşq toplanışlarında səylə çalışırıq və çəkdiyimiz zəhmətin qarşılığını bu gün oyunda gördük. Birinci hissədə komandamızın oyunundan daha çox razı qaldım”.
