2 mart 2012 11:16
Ufuk Budaq: Buna Berti Foqts qərar verir
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Fələstinlə yoxlama matçından (0:2) sonra çox məyus görünürdü. Almaniyanın “Freiburg” klubunun futbolçusu könülsüz də olsa, bəzi suallarımızı cavablamağa razılıq verdi.
- Azərbaycan yığmasına qələbə qazanmağa nə mane oldu?
- Rəqibdən fərqli olaraq, qol vura bilmədiyimiz üçün. Əsas səbəb budu. Ümumiyyətlə, qol vurmağı bacarmadıq.
- Rəqibdən fərqli olaraq, qol vura bilmədiyimiz üçün. Əsas səbəb budu. Ümumiyyətlə, qol vurmağı bacarmadıq.
- Öz oyununuzu necə qiymətləndirirsiz?
- Əgər komanda uduzubsa, necə dəyərləndirə bilərəm? Əlbəttə, pis. Mən də lazımı qədər hücumlara dəstək verə bilmədim. Ümumiyyətlə, bütün komanda bu gün çox az hərəkətli idi. Əvvəlki iki oyundan fərqli olaraq, sürətli deyildik, təhlükəli hücumlar qurmaqda çətinlik çəkirdik.

- Bəs rəqib necə təsir bağışlayırdı?
- Elə də güclü rəqib deyildi.
- Elə də güclü rəqib deyildi.
- Siz Fələstin yığmasını ikinci Bundesliqa klublarıyla müqayisə edə bilərsiz?
- Bəli. Amma onlar turnir cədvəlinin ən son pilləsində qərarlaşardılar. Çempionatda qalmaq üçün mübarizə apara bilərdilər.
- Bəli. Amma onlar turnir cədvəlinin ən son pilləsində qərarlaşardılar. Çempionatda qalmaq üçün mübarizə apara bilərdilər.
- Yəqin ki, bu gün necə komandaya uduzduğumuzun fərqindəsiz...
- Bəli. Üzücüdü. Mən toplanışımızın bu şəkildə tamamlanmasını istəməzdim.
- Bəlkə, bu oyunda Hindistana qarşı oynamamış futbolçulara şans vermək lazım idi...
- Artıq buna baş məşqçi qərar verir.
- Hakimliyi necə dəyələndirərdiz?
- Mən çoxdan idi belə hakimlik görməmişdim. Rəşad Sadiqovu meydandan qovmasının səbəbini başa düşə bilmədim. Hansı ki, məhz bu məqam komandanın oyununa təsirsiz ötüşmədi. Baxmayaraq ki, biz azlıqda qalandan sonra daha çox fəallıq nümayiş etdirməyə başladıq. Amma əks-hücumda növbəti qola üzüldük.