2 mart 2012 11:35
Cüneyt Biçər: Onlar bizə qarşı yüksək motivasiya ilə oynayacaqlar
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər Premyer Liqanın 22-ci turunun “Sumqayıt”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çətin oyun olacaq. “Sumqayıt” gənclərdən və təcrübəli futbolçulardan formalaşmış komandadı. Onların heyətində qol vurmağı bacaran futbolçular var. Bizə isə xal itkisi lazım deyil. Hər bir komanda meydana qələbə üçün çıxır. Bizim kimi, sumqayıtlılar da 3 xal qazanmağa çalışacaqlar. Ona görə də bizə qarşı yüksək motivasiya ilə oynayacaqlarına əminəm”.