2 mart 2012 15:52
Yığmamız Gürcüstanı 5 cavabsız qolla məğlub etdi (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Gürcüstan yığması olub.
Oyun AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutub. Qarşılaşma komandamızın üstünlüyü şəraitində keçib. Nəticədə, futbolçularımız 5 cavabsız qolla qələbə qazanıblar. Qolları Melis Sarıaltın, Aliyə Vəliyeva, Maya Danqadze (2 qol) və Sevinc Cəfərzadə vurublar.
Qeyd edək ki, bu komandalar arasında ayın 4-də daha bir sınaq matçı keçiriləcək.
Yoxlama oyunu
2 mart
Azərbaycan - Gürcüstan - 5:0
