2 mart 2012 11:51
“Hamımız səhvə yol verdiyimizi başa düşürük”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən təlim-məşq toplanışı zamanı beş futbolçu ilə bağlı yaranan şəkil qalmaqalı haqda danışmaqdan imtina edib. Almaniyanın “Freiburg” klubunun futbolçusu azerisport.az saytına müsahibəsində yalnız bunları deməklə kifayətlənib:
“Mən həmin epizodu şərh etmək istəmirəm. Oyunçular baş məşqçi tərəfindən cəzalandırıldı. Biz hamımız başa düşürük ki, səhvə yol vermişdik”.
“Mən həmin epizodu şərh etmək istəmirəm. Oyunçular baş məşqçi tərəfindən cəzalandırıldı. Biz hamımız başa düşürük ki, səhvə yol vermişdik”.
