2 mart 2012 12:12
Qarabağ Ağdama yola düşdü
“Qarabağ” Ağdama yollanıb. Azerisport.az xəbər verir ki, sabah Premyer Liqanın 22-ci turunda AZAL-ı qəbul edəcək komanda 10:00-da Quzanlı qəsəbəsinə yola düşüb.
Dünən axşam Dubaydakı təlim-məşq toplanışından dönən 6 futbolçu bu gün birbaşa komandaya qoşulub və Ağdama gedib. Axşam komanda Quzanlıda 1 saatlıq yüngül məşq keçəcək.
Xatırladaq ki, “Qarabağ” - AZAL oyunu sabah 14:30-da keçiriləcək.
