2 mart 2012 12:43
Şahin Diniyev: Dubay toplanışı yığmaya lazım idi
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev millimizin Fələstinə məğlubiyyətindən (0:2) danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Dubay toplanışı yığmaya lazım idi. Komandanın mənfi yönlərini görmək və onlar üzərində çalışmaq vacibdi. Yoldaşlıq oyunları da həmişə lazımlı və faydalı olur. Fələstinlə oyundakı məğlubiyyətə gəlincə, mənə elə gəlir ki, hakimin qərarları komandamızın oyununa o qədər də ciddi təsir göstərmədi. Görünür, rəqib bu oyunda daha güclü imiş”.