3 mart 2012 13:17
Sergey Yuran: Bizə bu oyunda qələbə lazımdı
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 22-ci turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizə bu oyunda qələbə qazanmaq lazımdı. Çünki son iki oyunumuzda məğlub olmuşuq. Heyətə gəlincə, Andrey Rubinin bu görüşdə iştirakı sual altındadı. O, Latviya yığmasının düşərgəsindən yenicə qayıdıb. İstənilən halda, yaxşı futbola ümid edirəm. İnanıram ki, Gəncə stadionunun qazonu yaxşı oyun sərgiləməyimizə imkan verəcək”.
