3 mart 2012 14:04
Neftçinin hücumçusu Yaponiya ilə oyun haqqında danışdı (VİDEO)
"Neftçi"nin özbəkistanlı hücumçusu Bahodir Nasimov Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Yaponiya - Özbəkistan oyunu haqqında klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Yaponiya millisi son Asiya çempionudu. Bu isə onların necə güclü komanda olmasından xəbər verir. Səfərdə oynadığımız üçün, rəqib müəyyən üstünlüyə malik idi. Əks hücumdan yararanıb qol vurduq. Bu qolda mənim də əməyim vardı. Əsas odur ki, qələbə qazanıb növbəti mərhələyə adladıq" - deyə Nasimov bildirib.
Həmin oyundan maraqlı anları və qolu təqdim edirik:
