3 mart 2012 16:37
Əsgər Abdullayev: Futbolçularım yaxşı oyun göstərsələr də...
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Futbolçularım yaxşı oyun göstərsələr də, “Neftçi” qalib gəldi. Gələcək oyunlarda çalışacağıq ki, yaxşı oynayaq və qələbə qazanaq”.
