3 mart 2012 16:48
Böyükağa Hacıyev: Bu, azarkeşlərin də sevincinə səbəb oldu
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 22-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Turan” həmişə əzmkar oyunu ilə diqqət çəkir. Üç xalı biz qazansaq da, rəqibimiz bu gün yaxşı oyun göstərdi. Gözəl oyun azarkeşlərin də sevincinə səbəb oldu. Meydana itkilər ilə çıxsaq da, futbolçularım yaxşı oyun göstərdilər. Bugünkü oyuna görə “Turan”ı təbrik edirəm”.
