3 mart 2012 17:06
Bernard Raab: Oyunun nəticəsi ilə razıyam
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 22-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayır klubunun almaniyalı baş məşqçisi komandasının 0:3 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“İlk dəqiqələrdən bilinirdi ki, rəqibimiz ilk altılığa, biz isə ikinci altılığa oynayırıq. İkinci qoldan sonra artıq hər şey müəyyən oldu. Futbolçularıma tapşırmışdım ki, oyun boyu mübarizə apararaq “Xəzər Lənkəran”a çətinlik yaratsınlar, ancaq, bu bizdə alınmadı. Oyunun nəticəsi ilə razıyam. İki qolu səhvlərimiz nəticəsində buraxdıq. Mövqe səhvlərimiz var idi. “Xəzər Lənkəran” yaxşı komandadır. Birinci yerə böyük şansı var”.
