3 mart 2012 17:16
Fuad İsmayılov: Oyuna çox yaxşı hazırlaşmışdıq
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 22-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 2:0 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Simurq”la bizim xallarımız eynidi. Oyuna çox yaxşı hazırlaşmışdıq və qələbə qazanmaq üçün meydana çıxmışdıq. Belə də oldu”.
