3 mart 2012 16:55
Premyer Liqamızda altılıqlar müəyyənləşdi
İlk altılığın bütün komandaları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu gün baş tutan 22-ci turun oyunları zamanı medallar uğrunda mübarizə aparacaq son iki komanda müəyyənləşib.
Buna Quzanlıda aydınlıq gəlib. Belə ki, “Qarabağ” AZAL-ı məğlub etməklə “təyyarəçilər”i ilk altılıqdan kənarda qoyub. Hazırda AZAL-ın 26 xalı var və 6-cı pillədəki “Qəbələ”dən 6 xal geri qalır. Bu gün “Qəbələ” “Rəvan”a uduzsa belə, “altılıq”dakı yerini təmin etmiş olub. “Bakı” isə öz meydanında “İnter”i yenərək, medallar uğrunda mübarizəni davam etdirmək hüququ qazanıb.
İlk “altılıq”da “Qəbələ” və “Bakı” ilə yanaşı, “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ” çıxış edəcək.
