3 mart 2012 17:57
Qurban Qurbanov: Komandamın oyunundan razı qaldım
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 22-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Bu oyun AZAL-ın ilk altılığa düşmək üçün son şansı idi, buna görə də rəqibimiz sona qədər mübarizə apardı. AZAL oyuna çox yaxşı hazırlaşmışdı. Komandamın oyunundan razı qaldım. Sona qədər mübarizə aparıb çox vacib üç xalı qazandıq”.
