3 mart 2012 18:06
“İlk hissədə daha yaxşı oynadıq”
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev Premyer Liqanın 22-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“İlk hissədə daha yaxşı oynadıq. Bir neçə real qol imkanımız olsa da, bundan istifadə edə bilmədik. Oyunun gedişində Zohair Benouahi və Aqil Nəbiyevin zədələnməsi komandalarının oyununa təsirini göstərdi”.
