3 mart 2012 18:11
Aleksandr Starkov: İki fərqli hissə izlədik
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 22-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun latviyalı çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Hər iki komanda yaxşı oyun göstərdi. İki fərqli hissə izlədik. İlk hissədə komandam daha yaxşı oynadı və hesabı açdıq. Azlıqda qaldıqdan sonra komandam zəif oynadı. Ancaq qələbə hesabını qoruduqları üçün oyunçularıma təşəkkür edirəm”.
