3 mart 2012 19:28
“Qarşımızda duran növbəti vəzifə Avroliqaya vəsiqə qazanmaqdı”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 22-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə klubunun türkiyəli çalışdırıcısı komandasının 4:0 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Oyunun ilk dəqiqələrindən rəqibə qol vurmaq futbolda böyük önəm kəsb edir. Hesabın erkən açılması rəqibi psixoloji cəhətdən sarsıtdı. Komandamın oyunundan razı qaldım, ilk altılığa vəsiqəni rəsmiləşdirdik. Qarşımızda duran növbəti vəzifə Avroliqaya vəsiqə qazanmaqdı”.
