3 mart 2012 19:35
Həsənovdan 0:4 hesablı məğlubiyyətin şərhi
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 22-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:4 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“Oyun öncəsi heyətimizdə problemlərimiz var idi. Rəqib erkən qol vurdu. Bu da bizdə psixoloji gərginlik yaratdı. Bu oyunda əsasən gənc futbolçulara şans verdik. Oyunçular bu matça köklənə bilmədi. Altılıqdan kənarda qalmağımız da bu oyunda bizə təsir etdi. Müdafiə xəttində bəzi gənc oyunçuların təcrübəsizliyindən qollar buraxdıq”.
