4 mart 2012 00:02
Premyer Liqamızın bombardirlərini susduran tur
Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, təsnifat mərhələsinin sonuncu – 22-ci turunun bütün oyunları eyni gündə baş tutdu.
Əslində, təsnifat mərhələsi məhz bu turun oyunlarıyla da başa çatmalıydı. Lakin 19-cu turun oyunları təxirə salındığından, Premyer Liqanın ilkin mərhələsinə tam olaraq martın 7-də yekun vurulacaq. Çünki təxirə salınmış tur məhz həmin gün keçiriləcək.
Lakin həmin tur tam formal xarakter daşıyacaq. Çünki 22-ci turun oyunları bütün suallara aydınlıq gətirmiş oldu. Təbii ki, söhbət altılıqların tərkibinin tam müəyyənləşməsindən gedir. Ötən gün baş tutan oyunlardan sonra medallar uğrunda mübarizə aparacaq son iki komanda da dəqiqləşdi.
Buna Quzanlıda aydınlıq gəldi. Belə ki, “Qarabağ” AZAL-ı məğlub etməklə “təyyarəçilər”i ilk altılıqdan kənarda qoydu. “Bakı” və “Qəbələ”nin məğlubiyyətini arzulamaqla yanaşı, mütləq qələbə qazanmağa borclu olan “təyyarəçilər” özləri də Ağdamdan qayıtmalıydılar. Əks halda hər şey bitmiş olacaqdı. Rafiq Mirzəyevin komandası çox çalışsa da, son dəqiqələrdə buraxılan qolla ilk altılığa rəsmən vida etdi. “Qarabağ” isə qış fasiləsindən sonra ardıcıl üçüncü qələbəsini qazandı. Ağdam klubunun son 8 oyununda qapısının toxunulmazlığını qoruduğunu da qeyd edək.
AZAL-ın xal itirməsini arzuladığı “Bakı” və “Qəbələ” isə buna yol vermədi. Belə ki, hər iki komanda turu qələbəylə başa vurmaqla ikiqat sevinc yaşamış oldu. Bu mənada “zolaqlılar”ın qələbəsini xüsusi qeyd etmək lazımdı. Məsələ burasındadı ki, bu komanda turun mərkəzi oyununda ikinci pillənin sahibi “İnter”i məğlub etdi. “Bankirlər” ilk dövrədəki qalmaqallı oyunun qisasını almaq haqda düşünsələr də, buraxılan erkən qolun cavabını verə bilməyincə, ağır zərbə almış oldular.
Çünki lider “Neftçi” də “Turan”la oyunda bu xal itkisindən maksimum yararlanmış oldu. “Ağ-qaralar” autsayderlə oyunda ciddi çətinliklə üzləşsələr də, sonda qələbə qolunu vurmağı bacardılar. Nəticədə, son ölkə çempionu əzəli rəqibini ilk dövrədə olduğu kimi, yenə minimal hesablı qələbə sayəsində üstələmiş oldu. “Turan” zirzəmidəki yerində qaldığı halda, lider əsas izləyicisi ilə 4 xallıq fərq yaratdı.
“Qəbələ” isə “Rəvan”ı məğlub etdi. Özü də fərqli hesabla. İlk dövrədə doğma meydanda 2:3 hesablı yenilgi ilə üzləşən bölgə təmsilçisi həmin məğlubiyyətin qisasını artıqlaması ilə aldı. Hər halda 4 cavabsız qolla uduzan bakılıların ilk altılıqdan kənar qalması dəqiqləşdiyi üçün lazımı motivasiya ilə oynamadığını da qeyd etmək yerinə düşərdi. Qəbələlilərin yeni transferi Yannik Kamanan da nəhayət bu oyunda dubla imza atmaqla özündən söz etdirdi.
Liderlər qrupunda qərarlaşan “Xəzər Lənkəran” da 3 xalı darmadağınla qazandı. Birinci dövrədə “Sumqayıt”ı evdə çətinliklə məğlub edən (2:1) cənublular bu dəfə 3 cavabsız qola sevindilər. Hər halda bu oyunda da komandaların fərqli altılıqlarda yer alması, fərqli amallar üçün döyüşməsi özünü göstərdi. Hər halda “ağ-yaşıllar” ikinci pillədəki “İnter”in xal itkisindən yararlanıb, bu komandayla aradakı xal fərqini minimuma endirmiş oldular.
İkinci altılıqda mübarizə aparmalı olan “Kəpəz”lə “Simurq” isə final mərhələsinə elə bu turdan start vermiş oldular. Tərəflərin öz aralarında baş tutan görüşdə qələbə Gəncə klubuna qismət oldu. Nəticədə, “Kəpəz” ilk növbədə birinci dövrədə Zaqatalada qeydə alınan 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmış oldu. Bu qələbə həm də gəncəlilərə “Simurq”la xallarını bərabərləşdirməyə və onu qabaqlamağa imkan yaratdı.
Beləliklə, 22-ci turun oyunlarından sonra ilk “altılıq”da “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ” və “Bakı”nın çıxış edəcəyi dəqiqləşdi. Yerdə qalan klublar isə elitada qalmaq üçün mübarizə aparacaqlar.
Sonda 22-ci turla bağlı daha bir maraqlı məqamı qeyd etmək yerinə düşərdi. Belə ki, bu tur bombardirlər yarışında öndə gedən futbolçular üçün çox uğursuz alındı. Onlardan heç biri bu dəfə rəqib qapılarına yol tapa bilmədi.
Premyer Liqa
22-ci tur
KƏPƏZ – SİMURQ - 2:0 (1:0)
Qollar: Ş.Kərimov, 34 (1:0), Y.Fomenko, 68 (2:0)
Vərəqələr: Armand Feutçin, 20 (qeyri-idman hərəkəti), Nail Məmmədov, 89 (qeyri-idman hərəkəti) - Vidas Alunderis, 20 (qeyri-idman hərəkəti), Robertas Poşkus, 39 (hakimin qərarına etiraz), Ruhid Usubov, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
3 mart 2012. Gəncə. Şəhər stadionu. 8000 tamaşaçı.
Kəpəz: 22. Tural Abbaszadə, 17. Renat Sultanov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabaci, 27. Pərvin Paşayev (2. Nail Məmmədov, 88), 18. Nikolay Svejentsev, 8. Armand Feutçin (9. Ceyhun Əhmədov, 90+4), 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov (23. Junivan Suares, 85), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 19. Zaur Əsədov, 6. Vasif Əliyev, 3. Vasif Haqverdiyev.
Baş məşqçi: Fuad İsmayılov.
Simurq: 22. Dmitri Kramarenko, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 7. Ruslan Poladov, 28. Rüstəm Abbasov, 4. Vasili Yanotovski, 19. Anatoli Doroş, 11. Robertas Poşkus (14. Andrey Rubin, 72), 21. Emin Cəfərquliyev (23. Ruhid Usubov, 78), 77. Daniel Genov (10. Tofiq Mİkayılov, 63), 29. İqor Tarasov.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 8. Qərib İbrahimov, 15. Nicat Qurbanov.
Baş məşqçi: Sergey Yuran.
BAKI – İNTER - 1:0 (1:0)
Qol: X.Junior, 12.
Vərəqələr: Serxio Pardo, 22 (qeyri-idman hərəkəti), Xavyer Junior, 65 (qeyri-idman hərəkəti) - Baçana Tsxadadze, 43 (qeyri-idman hərəkəti), Petar Zlatinov, 79 (hakimin qərarına etiraz), Bronislav Çervenka, 80 (qeyri-idman hərəkəti) – sarı. Elvin Məmmədov, 65 (bilərəkdən rəqibin ayağına zərbə) – qırmızı.
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
3 mart 2012. Bakı FK-nın təlim-məşq bazası stadionu. 1000 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 2. Duje Bakoviç, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 8. Junior Xavyer Vilson, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 36. Uinston Parks, 77. Aleksandar Soliç, 98. Serxio Kontreras Pardo (7. Deyvidas Çesnauski, 79).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 25. Şəhriyar Əliyev, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Aleksandr Starkov.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev (14. Peter Zlatinov, 46), 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 22. Peter Xrappan, 25. İbrahima Niasse (16. Elnur Abdulov, 58), 28. Baçana Tsxadadze, 29. Əziz Quliyev (20. Girt Karlson, 74).
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 10. Asif Mirili, 30. Danildo Assioli.
TURAN – NEFTÇİ - 0:1 (0:0)
Qol: R.Abdullayev, 69.
Vərəqələr: Anar Nəzirov, 39 (bilərəkdən vaxtı uzatmaq) - Flavinyo, 15 (rəqibə qarşı kobud oyun), Ruslan Əmircanov, 54 (sistematik qayda pozuntusuna görə) – sarı.
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Azər Əsgərov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Qurban Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
3 mart 2012. Şəmkir Olimpiya İdman Kompleksinin stadionu. 1500 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 14. Aleksandr Qoqoberişvili, 21. Rəşad Orucov, 22. Cavad Mirzəyev, 4. Seymur Tağıyev, 32. Cavid Tağıyev (9. Xəyal Qarayev, 78), 7. Fərmayıl Əliyev, 33. Rəşid Həsənov, 24. Dan Pisla, 25. Muammer Erdoğdu.
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 27. Orxan İsmayılov, 17. Rəşad Piriyev, 20. Azər Məmmədov, 8. Asəf Qədiri.
Baş məşqçi: Əsgər Abdullayev.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev (28. Emin Mehdiyev, 87), 32. Elvin Yunuszadə (11. Cavid Hüseynov, 59).
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 22. Fərid Quliyev, 26. Kərim Diniyev, 29. İlham Allahverdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
QARABAĞ – AZAL - 1:0 (1:0)
Qol: Rauf Əliyev, 81.
Vərəqələr: Vüqar Nadirov, 88 (qeyri-idman hərəkəti), Boyan Pavloviç, 90+2 (oyunun bərpasını gecikdirdiyi üçün) - Şəhriyar Rəhimov, 60 (qeyri-idman hərkəti), Ervin Bulku, 82 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Nüvər Xasıyev
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
3 mart 2012. Quzanlı qəsəbə stadionu. 2000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev (11. Rauf Əliyev, 67), 7. Namiq Yusifov (k), 9. Bəxtiyar Soltanov (17. Vüqar Nadirov, 67), 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 19. Muarem Muarem, 22. Əfran İsmayılov (4. Zaur Həşimov, 86), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Rəşad Sadiqov, 10. Emin İmaməliyev, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k) (14. Orxan Səfiyaroğlu, 46), 8. Ervin Bulku, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi (7. Tərlan Xəlilov, 53), 13. Şəhriyar Rəhimov, 15. Georgi Boqyu, 16. Branislav Arsenijeviç, 23. Tales Şütz.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 6. Mindauqas Daunoraviçyus, 18. Elmin Çobanov, 19. Hüseyn Axundov, 25. Tural Nərimanov.
Baş məşqçi: Rafiq Mirzəyev.
SUMQAYIT – XƏZƏR LƏNKƏRAN - 0:3 (0:2)
Qollar: E.Bonfim, 28 (0:1), A.Mureşan, 40 (0:2), K.Doman, 68 (0:3)
Vərəqələr: Timur İsrafilov, 31 (qeyri-idman hərəkəti), Abdulla Abatsiyev, 45+1 (qeyri-idman hərəkəti), Ruslan Tağızadə, 54 (qeyri-idman hərəkəti), Ramil Həşimzadə, 59 (oyun qaydalarının sistematik pozuntusu) - Radomir Todorov, 22 (qeyri-idman hərəkəti), Katalin Doman, 60 (qeyri-idman hərəkəti), Andrey Mureşan, 81 (qeyri-idman hərəkəti), Eder Bonfim, 90+2 (oyunun bərpasını gecikdirdiyinə görə) – sarı.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
3 mart 2012. Sumqayıt. Mehdi Hüseynzadə adına stadion. 1000 tamaşaçı.
Sumqayıt: 55. Andrey Popoviç, 20. Timur İsrafilov (10. Eşqin Quliyev, 46), 3. Tərlan Quliyev, 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 4. Samir Abasov (k) (91. Ruslan Qurbanov, 70), 47. Abdulla Abatsiyev (9. Orxan Həsənov, 60), 50. Samir Abdulov, 27. Ramil Həşimzadə, 76. Uğur Pamuk, 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 8. Emin Mustafayev, 19. Orxan Əliyev, 21. Murad Səttarlı.
Baş məşqçi: Bernard Raab.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 3. Elvin Beqiri, 6. Roberto Alviz (81. Rikardo Qomes, 86), 7. Katalin Doman (10. Elnur Abdullayev, 71), 8. Eder Bonfim, 9. Branimir Subaşiç (30. Rendal Brenes, 71), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 21. Rodomir Todorov, 33. Stevan Bates.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 12. Ballo Salif, 18. Alim Qurbanov, 22. Antonio Semedo.
Baş məşqçi: Cüneyt Biçer.
RƏVAN – QƏBƏLƏ - 0:4 (0:3)
Qollar: V.Mendi, 3 (0:1), Y.Kamanan, 9 (0:2), Y.Kamanan, 25 (0:3), В.Barton, 83 (0:4)
Vərəqələr: Tural Axundov, 39 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), İvan Vasilyev, 75 (qeyri-idman hərəkəti); 76 (qeyri-idman hərəkəti) - Urfan Abbasov, 24 (fitdən sonra topa zərbə), Mahir Şükürov, 55 (bilərəkdən vaxtı uzatdığına görə), Pavel Doroşev, 64 (qeyri-idman hərəkəti), Deon Barton, 75 (qeyri-idman hərəkəti) – sarı. İvan Vasilyev, 76 (qeyri-idman hərəkəti) – qırmızı.
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Elşən Acalov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
3 mart 2012. Bakı.“Dalğa Arena” stadionu. 300 tamaşaçı.
Rəvan: 61. İvan Vasilyev, 3. Miloş Zeçeviç (k), 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 13. Fərid Həşimzadə, 14. Sergey Artyux (17. Ramazan Abbasov, 46), 18. Samuel Barlay, 20. Kristian Torres, 30. Məhərrəm Müslümzadə (24. Hüseyn İsgəndərov, 28), 90. Sergey Çernışev (12. Davud Kərimi, 77).
Ehtiyat oyunçular: 5. Natiq Kərimi, 4. Ekrem Hodziç, 7. Elvin Musazadə, 9. Vüsal Qarayev.
Baş məşqçi: Bəhmən Həsənov.
Qəbələ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi (17. Arif İsayev, 36), 10. Deon Burton (22. Murad Hüseynov, 89), 11. Yannik Kamanan (14. Veselko Trivunoviç, 59), 20. Stiv Olfers, 24. Tərzin Cahangirov, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 7. Yaşar Abuzərov, 15. Nodar Məmmədov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
N
O
Q
H
M
T-F
X
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
9 - Flavinyo (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
7 - Zohair Benouahi (AZAL)
6 - Əfran İsmayılov (Qarabağ), Uinston Parks (Bakı), Dodo (Qəbələ).
