3 mart 2012 18:20

Qarabağ, Neftçi və XL-dan qələbə, İnterdən məğlubiyyət (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
 
Lider “Neftçi” səfərdə “Turan”ın, “Xəzər Lənkəran” isə “Sumqayıt”ın qonağı olub. Bakılılar 3 xalı 1, cənublular isə 3 qolla qazanıblar. “Kəpəz” evdə “Simurq”la qarşılaşmadan qalib ayrılıb.
 
Turun mərkəzi görüşündə “Bakı” “İnter”i qəbul edib və minimal hesabla qalib gəlib. “Qarabağ” AZAL-a dueldən qalib ayrılıb. “Rəvan” isə “Qəbələ” ilə matçda darmadağınla üzləşib.
 
Premyer Liqa
22-ci tur
3 mart (şənbə)
 
RƏVAN – QƏBƏLƏ - 0:4 (0:3)
Qollar: V.Mendi, 4 (0:1), Y.Kamanan, 9 (0:2), Y.Kamanan, 25 (0:3), В.Barton, 84 (0:4)
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Elşən Acalov, Vüsal Əliyev.
Bakı. Dalğa Arena.
 
Oyun başladı
1. Qonaqlar ilk künc zərbəsini qola çevirə bilmirlər
4. Dodonun əla ötürməsini V.Mendi qola çevirir - 0:1
9. Yannik Kamanan komandasının ikinci qoluna imza atır - 0:2
10. "Qəbələ" rəqibinə müdafiədən çıxmağa imkan vermir
24. Qonaqların heyətində Urfan Abbasov sarı vərəqə alır
25. Y.Kamanan qapıçı ilə üz-üzə qalır və dəqiq oynayır - 0:3
28. "Rəvan"da erkən əvəzləməyə əl atılır
35. Zədələnən Mendi yerini Arif İsayevə buraxır
39. Tural Axundov sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Sergey Artyuxu Ramazan Abbasov əvəzlədi
51. A.İsayevin qola sevinməsinə son anda qapıçı mane olur
55. M.Şükürov vaxtı uzatdığına görə sarı vərəqə alır
58. Y.Kamananın əvəzində meydana Veselko Trivunoviç çıxır
63. Nemanya Vidakoviçin çox əla zərbəsini P.Doroşev eyni gözəlliklə dəf edir
64. Doroşev də vaxtı uzatdığı üçün sarı vərəqə alır
75. Deon Bartonla meydan sahiblərinin qapıçısı İvan Vasilyev arasında gərginlik yaşanır. Hakim hər iki futbolçuya sarı vərəqə göstərir
76. Lakin baş hakim köməkçisi ilə məsləhətləşdikdən sonra Vasilyevi ikinci sarı vərəqə ilə meydandan qovur
76. "Rəvan"da Çernışevin yerinə meydana qapıçı Davud Kərimi çıxır
84. D.Barton komandasının 4-cü qolunu rəqib qapısından keçirir - 0:4
89. Murad Hüseynov Deon Bartonun əvəzində meydana daxil olur
90. Doroşev daha bir yüz faizli qol epizodu zamanı əla reaksiya nümayiş etdirir
Matçın əsas vaxtına 2 dəqiqə əlavə olunur
Oyun başa çatdı
 
 
SUMQAYIT – XƏZƏR LƏNKƏRAN - 0:3 (0:2)
Qollar: E.Bonfim, 30 (0:1), A.Mureşan, 41 (0:2), K.Doman, 65 (0:3)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Əhmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.
 
Sumqayıt: Andrey Popoviç, Timur İsrafilov, Tərlan Quliyev, Bədavi Hüseynov, Ruslan Tağızadə, Samir Abasov, Abdulla Abatsiyev, Samir Abdulov, Ramil Həşimzadə, Uğur Pamuk, Kamil Nurəhmədov.
Xəzər Lənkəran: Kamran Ağayev, Eder Bonfim, Elvin Beqiri, Stevan Bates, Radomir Todorov, Andrei Mureşan, Rahid Əmirquliyev, Roberto Alviz, Katalin Doman, Sadio Tounkara, Branimir Subaşiç
Oyun başladı
4. Mureşanın mərkəzdə etdiyi qeyri-dəqiq ötürmə meydan sahiblərinin təhlükəli hücumuna çevrilə bilərdi, amma Bates vaxtında müdaxilə edib, topu meydandan çıxarır
9. "Sumqayıt" sol cinahla sürətli hücum təşkil etdi, lakin Batesdən yayınan Samir Abdulov topu meydanda saxlaya bilmir
11. Oyunda qapıya ilk zərbə Alvizdən gəldi. Tounkaradan topu alan xorvat futbolçunun təxminən 27 metrdən vurduğu zərbə qapının üstündən keçir
12. Oyunun ilk ofsaydı - Katalin Doman
14. Əks-hücum zamanı topu ələ keçirən Subaşiçi iki müdafiəçinin əhatəsindən çıxmaq istəsə də, ona qarşı qayda pozuldu. Beqirinin 35 metrdən vurduğu zərbədən sonra isə top rəqib futbolçulardan meydanı tərk etdi
16. Kornerdən sonra müdafiəçilərin qaytardığı topa ikinci templə Alviz zərbə endirdi. Qapı çərçivəsinə gedən təhlükəli topu Popoviç tutur
19. Mərkəzlə verilən uzun ötürmədən sonra Kamran cərimə meydançasından çıxaraq topu uzaqlaşdırır
23. Todorov sağ cinahda rəqib futbolçuya qarşı kobud oynadı və sarı vərəqə aldı. "Sumqayıt" bu cinahda çox aktivdi
8. Tounkara sağ cinahda topu Subaşiçdən aldı və uzun ötürmə ilə cinahı dəyişdi. Burada topu qəbul edən Doman müdafiəçilərin önündə onu çəkərək qapıya zərbə endirdi, lakin yerlə gedən top qapıdan aralı kecir
30. Eder Bonfim hesabı açır - 0:1
Beqirinin sağ cinahdan cərimə zərbəsindən etdiyi asmadan sonra müdafiəçilərdən yayınan Bonfim başla topu tora göndərdi. Qapıçının da çıxışda ideal oynamadığını qeyd edək
33. "Sumqayıt" sarı vərəqələrdə hesabı bərabərləşdirir. Timur İsrafilov xəbərdarlıq aldı
37. Domanın zərbəsini Popoviç dəf edir
39. Bu dəfə mərkəzlə hücumu Doman sürətləndirdi. Önündəki futbolçulardan bir-bir yayınan Katalin sağda açılan Rahidə ötürmə etdi, kapitanın zərbəsi isə üstdən keçir
41. Mureşan hesab arasındakı fərqi artırır - 0:2
Künc zərbəsindən sonra Doman topu yerlə Rahidə ötürdü. Rahidin asmasından sonra meydan sahiblərinin futbolçularının başı ofsayd yaratmağa qarışdığı zaman, nəzarətsiz qalan Mureşan topu rahat qəbul edib bir neçə metr məsafədən onu tora qovuşdurdu!
45. Ramil Həşimzadənin uzaq məsafədən zərbəsi qapının üstündən keçir
45. Tounkara qapıçı ilə üzbəüz çıxsa da, öz zonasını tərk edən Popoviç bu dəfə dəqiq oynayır
45+1. Abatsiyev sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Sumqayıt" fasilədə ilk əvəzetməni edir: Timur İsrafilovun yerinə oyuna Eşqin Quliyev daxil olur
49. Doman sürət üstündə rəqib müdafiəçini keçib cərimə meydançasına daxil olmaq istədi, nəticədə korner qazandı
50. Katalinin özünün yerinə yetirdiyi künc zərbəsində sonra, rəqib futbolçular topu qapı xəttindən çıxardı. Təkrar kornerdən sonra Popoviç topu tutdu
52. Ruslan Tağızadə "Sumqayıt"ın heyətində sarı vərəqə alan növbəti futbolçu olur
54. Tounkara sağda rəqib futbolçunun keçsə də, cərimə meydançasına etdiyi ötürmə çox zəif alındı. Kornerdən sonra Ederin baş zərbəsi qapıdan aralı keçir
56. Yenə də Tounkara diqqət mərkəzində. Alvizdən ötürmə alan Sadio Ramil Həşimzadədən yayınmaq istəsə də, sonuncu qaydanı pozur və sarı vərəqə alır
58. Doman qapıçıya qarşı kobudluğa görə sarı vərəqə alır
65. Doman da bu oyunda qola sevinir - 0:3
67. Cüneyt Biçerdən iki dəyişiklik: Subaşiçin yerinə Brenes, Domanın yerinə isə Abdullayev oyuna daxil olur
70. Brenes Rahidin ötürməsindən sonra ofsayda düşür
73. "Sumqayıt"ın ikinci hissədə ən təhlükəli hücumu. Cərimə meydançasının xəttindən Orxan Həsənovun yerlə endirdiyi zərbə qapıdan azca aralı keçir
75. "Xəzər Lənkəran"ın heyətində son dəyişiklik. Roberto Alvizin yerinə meydana Rikardo Qomeş daxil olur
76. Mureşan rəqibi yıxdığına görə sarı vərəqə alır
81. Eşqin Quliyevin cərimə zərbəsindən sonra Kamran topu qaytarır
88. Kamil Nurəhmədovun yaxın məsafədən başının üzərindən vurduğu zərbəni Kamran tutur
90. Oyuna 3 dəqiqə əlavə edilir
90+1.  Eder aut atışı zamanı vaxtı uzatdığına görə sarı vərəqə alır
Matç başa çatdı
 
 
TURAN – NEFTÇİ - 0:1 (0:0)
Qol: Rəşad Abdullayev, 74 (0:1)
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Azər Əsgərov, Hacıəli Ağayev.
Şəmkir. Olimpiya Kompleksinin stadionu.
 
Oyun başladı
Ərazi üstünlüyü "Neftçi"də olsa da, təhlükəli vəziyyət hələ ki, yoxdu
Flavinyonun orta məsafədən vurduğu zərbə qeyri-dəqiq alınır
"Neftçi" topa daha çox nəzarət etməkdə davam edir
Nasimov qol vəziyyətini boşa verir
Qapıçıların işi hələ ki, çox azdı. Oyun daha çox meydanın mərkəzində keçir
Hücum barədə düşünməyən "Turan" bütün diqqətini müdafiəyə yönəldib
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Qapıya zərbələr yox səviyyəsindədi
Nasimov sükutu pozsa da, zərbəsi qapıdan keçir
Flavinyonun zərbəsi qapının üstündən keçir
Rəşad Abdullayev nəhayət ki, çempionu sevindirir - 0:1
Abdullayevin növbəti zərbəsi qapıdan aralı keçir
"Turan"ın hücum qurmaq cəhdləri alınmır
Matç başa çatdı
 
 
KƏPƏZ – SİMURQ - 2:0 (1:0)
Qollar: Ş.Kərimov, 37, Yuri Fomenko, 67 (2:0)
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rasim Məmmədov.
Gəncə. Şəhər stadionu.
 
Oyun başladı
C.Sultanovun ötürməsinə S.Allahquliyev dəqiq baş zərbəsi endirə bilmir
Allahquliyev daha bir epizodda qeyri-dəqiq oynayır
Armandın cərimə zərbəsi qapıdan yan keçir
Ceyhunun qol vurmaq cəhdi alınmır
Şahin Kərimov hesabı açır - 1:0
Kərimovun növbəti qol cəhdi boşa çıxır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra oyun daha çox mərkəzdə keçir və təhlükəli qol vəziyyətləri yoxdu
Sultanovun uzaqdan zərbəsi qapıdan aralı keçir
Allahquliyev yüz faizli qol epizodunu boşa verir
Yuri Fomenko hesab arasındakı fərqi artırır - 2:0
"Kəpəz"in hücumları davam edir
Fomenko dubla imza atmaq şansını boşa verir
Matç başa çatdı
 
 
BAKI – İNTER - 1:0 (1:0) 
Qol: J.Vilson, 12 (1:0)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Elvin Əsgərov.
Bakı FK-nın təlim-məşq bazası.
 
Oyun başladı
8. Parksın yaxın məsafədən çox təhlükəli və əla qayçı zərbəsini Lomaya qaytarır
9. "İnter" əsasən uzaqdan zərbələrə üstünlük verir
12. Junior Vilson müdafiənin kobud səhvindən yararlanıb, hesabı açır - 1:0
16. "Bakı"nın kornerdən fərqlənmək cəhdi alınmır
17. "Bakı" artıq oyuna nəzarəti ələ keçirməyə başlayıb
22. Parks hətta Lomayanı da aldatmasına rəğmən, topu tora göndərə bilmir
23. Koke sarı vərəqə alır
27. Şoliçin uzaqdan zərbəsi qapıdan yan keçir
32. "İnter"in korneri çox təhlükəli, amma qolsuz alınır
38. "Bakı" künc zərbəsini qola çevirə bilmir. Amma epizodun davamında Lomaya komandasını yüz faizli qoldan xilas edir
42. Samir Zərgərovun zərbəsi qapıdan azca aralı keçir
43. B.Tsxadadze sarı vərəqə alır
45. "İnter"in cərimə zərbəsi zamanı Şarliya komandasını real qoldan xilas edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. N.Hacıyevi P.Zlatinov əvəzləyir
48. B.Tsxadadzenin təhlükəli zərbəsi son anda qol gətirmir
50. "İnter" fasilədən sonra tam qüvvəylə hücuma atılıb, "Bakı" müdafiə olunur
58. İ.Niasseni Elnur Abdulov əvəzləyir
60. "Bakı"nın kornerdən qol vurmaq istəyi alınmır
63. Əziz Quliyev keçmiş klubunu cəzalandırmağa çox yaxın olsa da, Şarliya "Bakı"nı yüz faizli qoldan xilas edir
64. Qonaqların korner vuruşu da bəhrəsiz qalır
66. Elvin Məmmədov rəqib oyunçunun ayağına zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulur
66. J.Vilson isə hakimə etiraza görə sarı vərəqə alır
69. "Bakı"da Kokeni Çesnauski əvəzləyir
74. Əziz Quliyevi Girt Karlson əvəzləyir
80. B.Çervenka sarı vərəqə ilə cəzalanır
85. "Bakı" diqqətlə müdafiə olunur, "İnter"in hücumları isə bəhrəsizdi
90. Oyunun əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+2. Karlson yaxşı epizod yaratsa da, bunu qolla tamamlaya bilmir
Matç başa çatdı
 
 
QARABAĞ – AZAL - 1:0 (1:0)
Qol: Rauf Əliyev, 80 (1:0)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov.
Ağdam. Quzanlı qəsəbə stadionu.
 
"Qarabağ"ın start heyəti: Boyan Pavloviç, Qara Qarayev, Namiq Yusifov, Bəxtiyar Soltanov, Rəşad Sadıqov, İlqar Qurbanov, Əfran İsmayılov, Muarem Muarem, Ansi Aqolli, Admir Teli, Georgi Adamiya
Oyun başladı
2. "Qarabağ"ın ilk hücumu… Bəxtiyar cərimə meydançasına daxil olur, lakin müdafiəçilər qapıya zərbə endirməyə mane olur
4. AZAL-ın hücumu… qapıya doğru zərbə və top qapıdan aralı keçir
8. Ansi Aqollinin qapı qarşısında ötürməsi, lakin qapıçı topa daha tez çatır
10. Daha bir hücum… Aqollinin daha bir qapı qarşısına ötürməsi, lakin bu dəfə də qapıçı topu dəf edir
14. Əfranın Qara Qarayevə ötürməsi, Qaranın qapıya doğru zərbəsi, lakin zərbə o qədər də qüvvətli olmur
17. Əfran zədələnir, ona tibbi yardım göstərilir
22. Adamiyanın Bəxtiyara ötürməsi, lakin Bəxtiyar qapıya zərbə endirə bilmir
23. Bəxtiyar künc zərbəsini yerinə yetirir, lakin nəticəsizdi
26. Oyunun tempi bir qədər aşağı düşüb
31. AZAL-ın hücumu zamanı qapıya doğru zərbə qüvvətli olmur
36. AZAL cərimə zərbəsi yerinə yetirir və Pavloviç topu dəf edir
45. "Qarabağ"ın hücumu zamanı İlqar Qurbanovun qapı qarşısına ötürməsinin qarşısını Aqil Nəbiyev alır
45+1. Rəşadın qapıya doğru zərbəsi top qapıdan aralı keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Qarabağ" yenə fəaldı
52. Adamiyanın qapıya zərbəsi aralı keçir
53. AZAL-da oyunçu dəyişikliyi: Zoahiri Tərlan Xəlilov əvəzləyir
55. "Qarabağ" qol vursa da, ofsayd qeydə alınır
59. Rəqib əllə oynayır və Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, Qapıçı bu dəfə də topu dəf edir
60. Kobud oyuna görə AZAL-dan Şəhriyar Rəhimov sarı vərəqə alır
66. Muarem demək olar ki 100 faizlik qol şansında istifadə edə bilmir, top qapı tirinə dəyir
67. "Qarabağ"da oyunçu dəyişikliyi: Qara Qarayevi Rauf Əliyev, Bəxtiyar Soltanovu Vüqar Nadirov əvəzləyir
68. Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, Vüqarın qapıya doğru zərbəsi və top qapıdan aralı keçir
71. Rauf topa zərbə endirə bilmir
80. Rauf Əliyev meydan sahiblərini hesabda önə keçirir - 1:0
84. Adamiyanın Raufa ötürməsi, Raufun qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir
87. "Qarabağ"da oyunçu dəyişikliyi: Zaur Haşimov Əfran İsmayılovu əvəzləyir
88. Vüqar Nadirov sarı vərəqə alır
90+2. B.Pavloviç sarı vərəqə alır
90+3. Muarem boş qapını nişan ala bilmir
Matç başa çatdı
 
N
O
Q
H
M
T-F
X
 
1
21
15
1
5
42-16
46
 
2
21
12
6
3
20-10
42
 
3
21
12
5
4
32-19
41
 
4
21
11
5
5
25-14
38
 
5
21
10
5
6
26-19
35
 
6
21
10
5
6
25-20
35
 
7
21
7
5
9
29-32
26
 
8
21
6
7
8
23-29
25
 
9
21
5
4
12
23-36
19
 
10
21
5
4
12
18-32
19
 
11
21
4
3
14
13-31
15
 
12
21
3
2
16
13-32
11
 
 
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
9 - Flavinyo (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
7 - Zohair Benouahi (AZAL)
6 - Əfran İsmayılov (Qarabağ), Uinston Parks (Bakı), Dodo (Qəbələ).
 
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.