3 mart 2012 11:43

Premyer Liqa, 22-ci tur: Arif Əsədovun proqnozu

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Premyer Liqanın 22-ci turunun oyunları ərəfəsində azerisport.az saytı üçün proqnozlarını açıqlayıb.
 
Sumqayıt – Xəzər Lənkəran
Məlum olduğu kimi, “Xəzər Lənkəran” çempionatda liderlik uğrunda mübarizə aparır. Cənublulara indi mütləq xal qazanmaq lazımdı. “Sumqayıt”a gəlincə, bu komanda ilk altılıq şanslarını çoxdan itirib. Fikrimcə, qələbə “Xəzər Lənkəran”ın olacaq. Amma onlar bunu asanlıqla əldə etməyəcək. Hər halda minimal fərqlə qalib gələcəklərini düşünürəm.
 
Kəpəz – Simurq
Hesab edirəm ki, Gəncədə çox maraqlı qarşıdurma olacaq. Hər iki komanda uğur qazanmaq istəyindədi. “Simurq” səfərdə qol vura bilər. Amma yekun nəticənin “Kəpəz”in xeyrinə olacağını proqnozlaşdırıram.
 
Bakı – İnter
Turun mərkəzi oyunu çox gərgin keçəcək. Sirr deyil ki, hər iki komanda üçün qələbə qazanmaq vacibdi. Birinə ilk altılıqdakı mövqeyini möhkəmləndirmək, digərinə isə lider “Neftçi”dən aralı düşməmək üçün xallara ehtiyac var. Bu görüşün heç-heçə bitəcəyini düşünürəm.
 
Turan – Neftçi
Bakılılar turnir cədvəlinə başçılıq edirlər. Onlar liderliklərini itirməmək üçün növbəti qələbəyə imza atmağa çalışacaqlar. “Neftçi”yə “Turan”la səfər oyunları həmişə çətin olub. Amma hesab edirəm ki, bu oyunda 3 xala sevinən tərəf “Neftçi” olacaq.
 
Qarabağ – AZAL
Qış fasiləsindən sonra ağdamlıların oyununda xeyli irəliləyiş var. Komanda artıq öz oyununu tapmağa başlayıb. AZAL-ın ilk altılığa düşmək şansları olsa da, çox azdı. Bu oyunda 3 xalın “Qarabağ”a qismət olacağını düşünürəm.
 
Rəvan – Qəbələ
“Rəvan” ilk altılığa düşmək şansını itirib. Amma buna baxmayaraq, onların “Qəbələ”yə müqavimət göstərəcəklərini düşünürəm. Turnir cədvəli baxımından qələbə qonaqlara daha çox lazımdı. Məhz bu üzdən 3 xalı “Qəbələ” qazanmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.