3 mart 2012 00:03

Liderlər üçün çətin səfər sınaqları

Futbol üzrə Azərbaycan Premyer Liqasında millimizin Dubay toplanışı ilə əlaqədar yaranan qısa fasilə başa çatdı. Azerisport.az xəbər verir ki, bu gün ölkə çempionatında 22-ci turun oyunları ilə mübarizə yenidən bərpa olunacaq.
 
Turun bütün görüşləri eyni gündə keçiriləcək. Lider “Neftçi” səfərdə “Turan”la qarşılaşacaq. Bu görüşü Premyer Liqanın turnir cədvəlinin tam əks qütblərində dayanan kollektivlərin dueli kimi də qiymətləndirmək olar. Məsələ burasındadı ki, Tovuz klubu ən sonuncu pillədə getdiyi halda, son ölkə çempionu liderdi. Bu üzdən də qarşılaşmanın aşkar favoriti “ağ-qaralar”dı. Bütün çempionatlarımızın iştirakçısı olmuş klubların dueli Tovuzda keçirilsəydi, bəlkə də “Turan” doğma meydan amilinə güvənə bilərdi. Lakin Tovuz şəhər stadionu hazırda bərbad vəziyyətdə olduğundan qarşılaşma Şəmkir Olimpiya Kompleksinin stadionunda keçiriləcək. Bu üzdən də ilk dövrədə 1:0 hesablı qələbəyə sevinmiş “Neftçi” hazırda heç də yaxşı günlər yaşamayan əzəli rəqibini yenə məğlub etməyə yaxındı.
 
Liderlər qrupunda qərarlaşan digər komanda - “Xəzər Lənkəran” “Sumqayıt”ın qonağı olacaq. Debütantla indiyədək yalnız 1 dəfə görüşən “ağ-yaşıllar” rəqibini mövsümün ilk turunda Lənkəranda qəbul etmişdi. Həmin vaxt “Sumqayıt Şəhər” adlanan rəqib Premyer Liqada ilk sınağını məhz “Xəzər Lənkəran”a vermiş və məğlub olmuşdu – 1:2. 210 gün əvvəlki qarşılaşmada qonaqları minimal fərqlə məğlub edən XL eyni uğuru səfərdə də təkrarlamağa çalışacaq. Cənublular liderlər qrupundan aralı düşməmək üçün buna borcludu. “Sumqayıt” isə qələbə qazanacağı halda, bir pillə irəliləmək şansına malikdi.
 
Gəncədə artıq ikinci altılıqda mübarizə aparacaqları dəqiqləşən “Simurq”la “Kəpəz” üz-üzə gələcək. Zaqatala klubu ilk dövrədə keçirilən oyunda 4:2 hesablı qələbəyə sevinmişdi. İndi gəncəlilər həmin məğlubiyyətin qisasını almağa çalışacaqlar. Belə olan halda “Kəpəz” “Sumqayıt”ın qələbə qazanmaqla onu qabaqlamasına imkan verməyə bilər. İkinci altılıqda lider olmağı qarşısına məqsəd qoyan Sergey Yuranın komandası da səfərə məğlub olmaq üçün çıxmayıb. Hər halda təxminən iki eyni güclü komandanın duelində maraqlı mübarizə izləmək mümkün olacaq.
 
İlk altılıqda çıxış etməyəcəyi dəqiqləşən “Rəvan” isə “Qəbələ”ni qəbul edəcək. Hansı ki, hələ mükafatlar uğrunda mübarizə aparacağına tam aydınlıq gəlməyib. Paytaxt klubu bu görüşə sadəcə xal ehtiyatını artırmaq üçün çıxacaq və rəqibinə nisbətən güclü motivasiyasının olmadığı bəllidi. “Qəbələ”də isə vəziyyət əksinədi. Bu komanda həm ilk altılığa düşməsini rəsmiləşdirmək, həm də final mərhələsinə nisbətən yaxşı xal ehtiyatı ilə başlamaq üçün qələbə qazanmağa borcludu. Bu, eyni zamanda ilk dövrədə qeydə alınan məğlubiyyətin də qisasını almaq baxımından vacibdi. Çünki “Rəvan” mövsümün ilk dövrəsində bu rəqibini səfərdə 3:2 hesabıyla yenmişdi.
 
İlk altılığa düşməsi üçün mütləq qələbə qazanmağa borclu olan digər komanda isə “Bakı”dı. Lakin bu komandanı çox çətin sınaq gözləyir. Məsələ burasındadı ki, turun mərkəzi görüşündə “Bakı” hazırda ikinci pillədə qərarlaşan “İnter”lə üz-üzə gələcək. “Zolaqlılar” doğma meydanda keçirilən matçda mütləq qələbə qazanmağa çalışacaqlar. Lakin “bankirlər” də lider “Neftçi”dən çox aralanmamaq üçün paytaxt derbisinə 3 xal üçün çıxacaqlar. “İnter” üçün bu qarşılaşma həm də ilk dövrədə baş tutan qalmaqallı görüşün əvəzini çıxmaq baxımından önəmlidi. Hansı ki, hakimin qərarlarından narazı qaldıqları üçün meydanı tərk edən komanda üzvləri buna görə texniki məğlubiyyətə üzülmüşdülər. Bu dəfəki paytaxt derbisinin necə başa çatacağı isə maraqla gözlənilir.
 
Daha bir qarşılaşma Quzanlıda baş tutacaq. Burda “Qarabağ” AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. İlk altılıq şansları cüzi də olsa qalan “təyyarəçilər” çətin səfərdə qələbə qazanmaq istəyindədi. Lakin bu, heç də asan olmayacaq. Çünki paytaxt klubu hələ ilk dövrədə doğma meydanda baş tutan görüşdə 1:3 hesabıyla məğlub olmuşdu. Qış fasiləsindən sonra inamlı çıxışı ilə diqqət çəkən ağdamlıların bu oyunda da qələbə qazanmaq şansı daha yüksək qiymətləndirilir.
 
Premyer Liqa
22-ci tur
3 mart (şənbə)
 
Sumqayıt – Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion. Saat 14:00
 
Turan – Neftçi
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Azər Əsgərov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Qurban Məmmədov.
Şəmkir. Olimpiya Kompleksinin stadionu. Saat 14:00.
 
Kəpəz – Simurq
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
 
Bakı – İnter
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı FK-nın təlim-məşq bazası. Saat 14:30.
 
Qarabağ – AZAL
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Nüvər Xasıyev.
Ağdam. Quzanlı qəsəbə stadionu. Saat 14:30.
 
Rəvan – Qəbələ
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Elşən Acalov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Dalğa Arena. Saat 16:30.
 
N
O
Q
H
M
T-F
X
 
1
20
14
1
5
41-16
43
 
2
20
12
6
2
20-9
42
 
3
20
11
5
4
29-19
38
 
4
20
10
5
5
24-14
35
 
5
20
9
5
6
25-19
32
 
6
20
9
5
6
21-20
32
 
7
20
7
5
8
29-31
26
 
8
20
6
7
7
23-24
25
 
9
20
5
4
11
18-30
19
 
10
20
4
4
12
21-36
16
 
11
20
4
3
13
13-28
15
 
12
20
3
2
15
13-31
11
 
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
9 - Flavinyo (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
7 - Zohair Benouahi (AZAL)
6 - Əfran İsmayılov (Qarabağ), Uinston Parks (Bakı), Dodo (Qəbələ).
 
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.